Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
12 minə yaxın insan məskunlaşıb Xankəndi, Xocalı və Ağdərəyə 30 milyon manat investisiya qoyulub Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən ermənilər Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində Azərbaycan xalqına məxsus mədəni, dini, tarix abidələr və qəbristanlıqları məhv edib.
Onlardan fərqli olaraq, bu gün Azərbaycan dövləti tərəfindən Xankəndi şəhərində olan erməni qəbristanlıqları və kilsələr qorunub saxlanılır.
Xankəndi şəhərindəki erməni sakinlər bu gün burda rahat və təhlükəsiz yaşayırlar.
Bu fikirləri Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşündə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
O, bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş tikinti-bərpa işləri həyata keçirilir.
Yeni müasir avtomobil yolları, dəmir yolları, hava yolları çəkilir.
Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Ərazilərdə geniş yaşıllıq zolaqları salınır.