Xankəndinin bu qəsəbəsinə ilk köç oldu FOTO/VİDEO

20.12.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun illərdir Gəncə şəhərinin müxtəlif yataqxanalarında məskunlaşan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri doğma yurd-yuvalarına qayıdır.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, artıq bu gündən 21 ailənin köçü başlayıb.
Dünən həmin ailələrin yükləri və ev əşyaları qəsəbəyə göndərilib. Bu gün isə özləri Kərkicahan qəsəbəsinə yola salınıb.
 

Gəncə ilə yanaşı, ölkəmizin digər şəhər və rayonlarında məskunlaşan Kərkicahan qəsəbə sakinləri mərhələli şəkildə öz tarixi yurdlarına geri dönəcəklər.


Qeyd edək ki, bu, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə əhali qismində ilk köçdür.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью