Xankəndinin mərkəzində etdiyi hərəkətlərə görə həbs olundu Video

22.01.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” DİN Mətbuat xidmətinin regional qrupuna istinadən xəbər verir ki, Xankəndidə fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью