Xankəndinin yolları qardan təmizlənir VİDEO

11.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xankəndi, 11 fevral, Tahir Agaməmmədov, AZƏRTAC

Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.

Komunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək, fasiləsiz fəaliyyət göstərir. Hazırda bütün əsas magistrallar və yaşayış massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью