Xankəndiyə güclü yağış və dolu yağıb

03.06.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.

BAKU.WS xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb.

Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.

Bildirilib ki, bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.

View this post on Instagram

A post shared by @baku.ws_official

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью