Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq EKSKLÜZİV

09.04.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

APA-nın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью