Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı

08.05.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

Lent.az "İqtisadiyyat.az"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Məlumata görə, "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Bu gün yayılan daha bir məlumata görə, Xanlar Vəliyevin qızına isə yeni vəzifə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью