Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatdı YOLA SALINIR

08.04.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il üçün uzadılmayıb. 

Qeyd edək ki, o, 2020-ci ilin 8 aprel tarixində bu vəzifəyə yenidən təsdiqlənmişdi. 

Xatırladaq ki, martın 15-i Xanlar Vəliyevin 70 yaşı tamam olub. 

Prezident İlham Əliyevin Sərəncamına əsasən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью