“Xanuma” tamaşası 100 cü dəfə nümayiş olundu

13.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Akademik Milli Dram Teatrında 2011-ci ildə premyerası keçirilən, tamaşaçıların 15 il ərzində böyük maraqla izlədiyi “Xanuma” tamaşası 100-cü dəfə nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşanı teatrsevərlərlə yanaşı Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirinin müavini Maya Tabagari və səfirliyin əməkdaşları izləyiblər.

Tamaşadan öncə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış edərək Azərbaycan teatr tarixinin əlamətdar hadisəsi olan “Xanuma” tamaşasının 100-cü nümayişi münasibətilə yaradıcı heyəti təbrik edib. Qeyd edib ki, “Xanuma” tamaşası uğurlu səhnə həllinin, mükəmməl rejissor işinin və ən önəmlisi bənzərsiz aktyor oyununun tarixi uğurudur.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Namiq Kamal (Knyaz), Hacı İsmayılov (Timote), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Şəlalə Şahvələdqızı (Tekle), Məsmə Aslanqızı (Keto), Elşən Rüstəmov (Niko), Elnar Qarayev (Kintolar) və aktyorlar Ramin Şıxəliyev (Qoca knyaz), Elnur Qədirov, Vüsal Mustafayev, Elçin Əfəndidir (Kintolar) iştirak edirlər.

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır Hollivudun yeni "pis adamlar"ı: - Texnologiya nəhəngləri niyə hədəfdədir?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью