Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 iyul, AZƏRTAC
Mən Xocalıdan uşaq yaşda çıxmışdım. İllər keçdi, həyat dəyişdi, amma o torpağın həsrəti içimdə qaldı. İndi isə övladlarımla birlikdə doğma kəndimizə qayıdıram. Bu hissi sözlə ifadə etmək çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı rayonunun Xanyurdu kəndinə köç edən Elbrus Abbasov deyib.
O bildirib ki, kəndi tərk edəndə azyaşlı olub, indi isə təxminən həmin yaşda olan övladları ilə birgə doğma yurda dönmək qismət olub: “Uşaqlarım artıq bu torpaqda böyüyəcək. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir”.