Xaqan Əhməd dünya ikincisi oldu

28.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatına yekun vurulub.

Modern.az xəbər verir ki, son turda Azərbaycan təmsilçisi Xaqan Əhməd Paraqvay şahmatçısı Xuan Sebastian Melianla heç-heçə edib.

11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı şahmatçımız dünya çempionatının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, Xaqan Əhməd yarışın qalibi olan Hindistan təmsilçisi Ethan Vazdan yarım xal geri qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью