Icma.az bildirir, Idman.biz portalına istinadən. Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerb
İdman.biz xəbər verir ki, layihənin beşinci yarışı “Guba Open”də son turun oyunları keçirilib.
Festivalın A qrupunda Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb.
Xaqan Əhmədlə eyni 7 xal toplayan Şimali Makedoniya təmsilçisi Yevgeni Romanov əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.
9 turda 6,5 xal toplayan Vüqar Manafov üçüncü yerdə qərarlaşıb. B turnirində 8 xal toplayan Həmzə Rzazadə birinci olub.
Aktivində 7,5 xal olan Kənan İmranlı və Elgün Malikov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Festivalı çərçivəsində keçirilən rapid turnirində Vüqar Manafov qələbə qazanıb.
Eyni xala malik Süleyman Süleymanlı ikinci yerlə kifayətlənib. Maraqlıdır ki, bu şahmatçılar blits turnirində də ilk pillələrdə qərarlaşıb.