Xaqan Əhməd heç heçə etdi, Lalə Hüseynova ilk məğlubiyyətini aldı

22.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında üçüncü turun görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, açıq turnirdə mübarizə aparan Xaqan Əhməd belçikalı Amir Zuaqi ilə heç-heçə oynayıb. İlk iki turda qalib gələn təmsilçimiz bununla da xalını 2,5-ə çatdırıb.

Qızların yarışında çıxış edən Lalə Hüseynova isə FIDE bayrağı altında mübarizə aparan Diana Xafizovaya uduzub. Turnirdə ilk məğlubiyyətini alan şahmatçımız iki xalda qalıb.

Üç turun yekununda əlavə göstəricilərə görə Xaqan dördüncü, Lalə isə yeddinci pillədə qərarlaşıb.

Dördüncü turun cütlüklərinə əsasən, Xaqanın rəqibi hindistanlı Vuppala Prranit, Lalənin rəqibi isə qazaxıstanlı Janbota Kamarovadır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatına noyabrın 27-də yekun vurulacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью