Xaqani Məmmədov I Liqa klubunu çalışdıracaq | Icma.az
Icma.az bildirir, Fanat portalına istinadən. “Difai” yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az xəbər verir ki, I Liqa təmsilçisi millimizin sabiq futbolçusu Xaqani Məmmədovla anlaşıb.
48 yaşlı mütəxəssis komandanı cari mövsümün sonuna qədər çalışdıracaq.
A kateqoriyaya malik Məmmədov son olaraq keçən mövsümün sonunda "Araz-Naxçıvan"da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.
Xatırladaq ki. “Difai” bu mövsümə Elgiz Kərəmlinin rəhbərliyi altında başlamış, daha sonra baş məşqçi postuna Adil Mahmudovu gətirmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu