Xaqani Məmmədovun yeni iş yeri bəlli oldu

31.07.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Azərbaycanlı məşqçi Xaqani Məmmədovun yeni iş yeri müəyyənləşib.

News24.az fanat-a istinadən xəbər verir ki, o, "Neftçi İK" futbol akademiyasının koordinatoru təyin olunub. 

Məmmədov bu vəzifədə Məhərrəm Həsənovu əvəz edib.

"Qəbələ"də Elmar Baxşıyevin köməkçisi qismində çalışmış mütəxəssisin son olaraq I Liqa təmsilçisi "Difai"də işləyib.

Qeyd edək ki, millinin sabiq hücumçusu 2007/08 mövsümündə 19 qolla Azərbaycan çempionatının bombardiri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью