Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı

16.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Tümen şəhər sakini 28 min rubl müqabilində (təxminən 463 manat) 56 miqrantı mənzilində qeydiyyata alıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, həmin mənzildə əcnəbilərin yaşamadığı məlum olub.

Məlumata əsasən, 2024-cü ilin fevral-avqust ayları arasında təqsirləndirilən şəxs 28 min rubl pul mükafatı müqabilində Azərbaycan, Tacikistan, Özbəkistan və Qazaxıstan Respublikasının vətəndaşları da daxil olmaqla 56 əcnəbi vətəndaşı mənzilində qeydiyyata alıb. Lakin həmin şəxslər yaşayış binalarında faktiki olaraq yaşamayıblar.

Prokurorluq Tümen sakinindən 28 min rubl tələb edib. Cinayət işi məhkəməyə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью