Xaricdə onlayn dərslərə qoşulanların vergi yükü azaldılsın Deputatdan TƏKLİF

27.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Bizdə bu günlərdə tərcümə və dil monitorinqi mərkəzləri ləğv olundu". 

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında aparılan müzakirələr zamanı söyləyib.

"Məktəblərdə "Məktəblinin dostu" kimi fəaliyyətlər hazırladıq. Düşünürəm ki, şagirdin ən yaxşı dostu müəllimdir. Onlar yaxşı yetişsə, bu kimi fəaliyyətlərə ehtiyac qalmaz", - Fazil Mustafa qeyd edib.

Deputat distant təhsillə bağlı mövzuya da toxunub: "Məsələn, bəzi insanlar xaricdə onlayn dərslərə qoşulur, yaxşı olardı ki, onların vergi yükü azaldılsın".

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью