Xaricdə təhsil şirkətinin təsisçisi SAXLANILDI

27.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. 

O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 

Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı “AİD Group”un faktiki rəhbəri Samir Yəhyazadə həbs edilib. O, Nigar Fərhadın əridir. 

Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью