Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son iki ildə ölkədən ən azı bir il kənarda qalan Ermənistan vətəndaşları seçki hüququndan məhrum ediləcək.
“Cebheinfo.az”-ın məlumatına görə, yeni qaydanın Konstitusiyaya uyğunluğu yoxlanılmaq üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2026-cı il iyulun 3-də Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqında” Qanuna edilən düzəlişlərə görə, seçki siyahılarının dərc olunmasından əvvəl son iki il ərzində bu müddətin ən azı yarısı (bir il) ərzində vətənlərindən kənarda qalan Ermənistan vətəndaşları səs vermək hüququndan məhrum edilirlər.
Beləliklə, xaricdə yaşayan ermənilərin əksəriyyəti seçkilərdə və referendumda səs verə bilməyəcək. Müxalifət buna etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi məsələyə baxılması üçün dinləmə iclasını dekabrın 22-ə təyin edib.
Əgər məhkəmə qanunvericilyə edilən əlavə və dəyişikliklərin konstitusiyaya zidd olmadığı haqda rəy versə, o halda Ermənistan hakimiyyəti üçün ölkədə referendum keçirmək və yeni ali qanunu qəbul etmək üçün hüquqi maneə qalmayacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin