Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin deputatı Siyavuş Novruzov xaricdə Azərbaycan adı altında fəaliyyət göstərən bəzi internet kanallarının ölkə əleyhinə təbliğat apardığını və gənc nəslə təsir göstərdiyini bildirib.
Modern.az xəbər verir ki, deputat parlamentin iclasındakı çıxışında bu məsələyə diqqətin artırılmasını və maarifləndirmə işlərinin gücləndirilməsini təklif edib.
Onun sözlərinə görə, Milli Məclisin üzvləri seçicilərlə görüşlər keçirməli, aktual məsələləri müzakirə etməli və ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etməlidirlər.
Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında verdiyi tövsiyələrdən biri də insanlarla birbaşa təmasların gücləndirilməsi və cəmiyyətlə müntəzəm ünsiyyətin qurulmasıdır. Deputat bu istiqamətdə tədbirlərin bütün rayonlarda keçirilməsini məqsədəuyğun hesab edib.
O, Milli Məclisdə də aktual məsələlərə dair dəyirmi masaların təşkilini təklif edib. Deputatın fikrincə, həmin müzakirələrin nəticələri media vasitəsilə ictimaiyyətə çatdırılmalıdır.