Xaricdəki təcrübələri öyrənib, səhvlərdən nəticə çıxararaq doğru metodları ölkəmizdə tətbiq edirik

07.06.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əslində dövlət ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması üçün islahatlar həyata keçirib. 2022-ci ildən başlayaraq gömrük rüsumu, ƏDV sıfır faiz müəyyən edilib. 2022-ci illə 2024-cü ili müqayisə etdiyimiz zaman elektrikli avtomobillərin sayı 10, hibrid avtomobillər avtomobillərin sayı 2 dəfə çox olub. Bu islahatlar avtombil parkının yenilənməsinə də səbəb olub. Belə ki, 2022-ci ildə yaşı 5 ilə qədər 4,6 faiz idisə, 2024-cü ildə 6,4 faiz olub. 2022-2024-cü illər üzrə yol xəritəsi qəbul edilib, icra edilib və bu gün də davam edir".

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin dövlət proqramlarının idarə edilməsinin şöbəsinin direktoru Vüsal Abbasov danışıb. Şöbə direktoru qeyd edib ki, 2026-cı ildən mövcud vergilərin dayandırılmasının başa çatması ilə bağlı tövsiyələr yol xəritəsində qeyd edilib və müəyyən araşdırmalar aparılsın, təkmilləşdirmələrlə bağlı təkliflər edilsin: "Hazırda bu araşdırmalar aparılır. Vəziyyətə uyğun olaraq təkliflər hazırlanıb, hökümətə təqdim ediləcək".

Bizimyol.info tədbirdən görüntüləri təqdim edir:

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью