Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır

26.11.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Cari ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən 8 milyon 508 min 260 ədəd diş fırçası gətirilib.

Moderator.az Valyuta.az-a istinadən xəbər verir ki, bu miqdarda fırça alışına 2 milyon 179 min 280 ABŞ dolları (3 milyon 704 min 776 manat) vəsait ödənilib.

İdxal olunan diş fırçasının bir ədədinin orta qiyməti 25 sent (43 qəpik) olub.

Rəsmi mənbələrdə olan məlumata görə, ötən ay Azərbaycanda pərakəndə satış mərkəzlərində bir ədəd diş fırçasının orta satış qiyməti 2 manat 48 qəpik olub. Bu da xaricdən alınan qiymətdən 5,8 dəfə bahadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью