Xaricdən alış verişə limit gəldi

13.01.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avrasiya İqtisadi Komissiyası Şurası Rusiyada xaricdən edilən onlayn alış-verişlərdə gömrük rüsumundan azadolma həddini dəqiqləşdirən qərar qəbul edib. 

"Cebheinfo.az" xəbər verir ki, qərara əsasən, şəxsi istifadə üçün nəzərdə tutulan məhsullar üzrə aylıq gömrüksüz idxal limiti 200 avro müəyyən edilib. Bu isə o deməkdir ki, bir ay ərzində daxil olan bir bağlamanın ümumi dəyəri 200 avronu keçmədiyi halda, heç bir gömrük rüsumu ödənilməyəcək. 

Əgər bu limit aşılarsa, hesab-faktura məbləği üzərindən 15% ƏDV və 5% gömrük rüsumu tətbiq olunacaq. Bundan əlavə, hesablanan gömrük rüsumunun hər kiloqram üçün minimum 1 avrodan az olmaması şərti qoyulub. Avtomobil kimi bəzi məhsul kateqoriyaları isə bu ümumi qaydadan istisna ediləcək. 

Bu qərar əslində 2024-cü ilin aprelindən qüvvədə olan tətbiqin hüquqi əsasla rəsmiləşdirilməsi və davamlılığını təmin edir. Rusiyada onlayn alış-veriş üçün gömrüksüz hədd 2019-cu ilə qədər 1000 avro səviyyəsində idi, lakin son illərdə mərhələli şəkildə azaldılıb. 

Mütəxəssislər bildirirlər ki, bu siyasət yerli pərakəndə sektorunu qorumaq və xaricdən edilən şəxsi idxaldan əlavə vergi gəliri əldə etmək məqsədi daşıyır. Qərarın 200 avronu aşan sifarişlərdə xərcləri artıraraq istehlakçıları yerli məhsullara yönəldə biləcəyi və beynəlxalq e-ticarət platformalarından Rusiyaya birbaşa satışlara təsir göstərə biləcəyi proqnozlaşdırılır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью