Xaricdən edilən sifarişlər niyə gecikir? Rəsmi açıqlama

25.09.2026

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər xaricdən sifariş olunan bağlamaların Azərbaycana çatdırılmasında ciddi gecikmələrlə bağlı narazılıqlar artır. Bəzi müştərilər Trendyol və Temu sifarişlərinin 20 gündən çox gecikdiyini bildirirlər. Bu isə xüsusilə sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha uzun müddətə çatdırılması ilə bağlı suallar yaradır.

Sosial şəbəkələrdə istifadəçilər arasında bağlamaların əvvəlki kimi hava yolu ilə deyil, artıq quru yolu ilə - yük maşınları ilə (TIR) daşındığı barədə də iddialar səsləndirilir. Bəzi şəxslər gecikmələrin məhz daşınma marşrutunun dəyişdirilməsi ilə əlaqəli olduğunu düşünürlər.

Dövlət Gömrük Komitəsindən  AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, gömrük zonasına daxil olan bağlamalar nəzarətdən keçdikdən sonra dərhal daşıyıcı şirkətə təhvil verilir:

"Gömrük zonasına daxil olan bağlamalar qısa zaman ərzində gömrük nəzarətindən keçirilir və dərhal daşıyıcı şirkətə təhvil verilir”. 

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью