Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir Borclu qurumların siyahısı | Icma.az
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici dövlət borcu ötən ilin əvvəli ilə müqayisədə 1 milyard 331,5 milyon dollar və ya 20,6% azalıb.
Məlumat üçün bildirək ki, xarici dövlət borcunun 41,7%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.
Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısını təqdim edirik: - Maliyyə Nazirliyi – 2 milyard 137,6 milyon dollar (41,7%); - Avtomobil Yolları Dövlət Agentliyi – 979,8 milyon dollar (19,1%); - Dövlət Su Ehtiyatları Agentliyi – 714,3 milyon dollar (13,9%); - “Azərbaycan Dəmir Yolları” QSC – 708,6 milyon dollar (13,8%); - NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 192,1 milyon dollar (3,7%); - Kənd Təsərrüfatı Nazirliyi – 128,7 milyon dollar (2,5%); - Digər dövlət qurumları – 268,6 milyon dollar (5,3%).Elnur Əli Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu