Xaricdən gətirilən sarıkök mağazalarda 10 dəfə baha satılır

31.07.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 196,27 ton sarıkök idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarıkökün ümumi gömrük dəyəri 346,47 min dollar (589 min manat) təşkil edib.
Qeyd edək ki, bu il idxal olunan sarıkökün 1 kiloqramının orta gömrük dəyəri 1,77 dollar (3 manat) olub.
Sarıkök Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
İran – 106,52 ton (1 kiloqramın orta gömrük dəyəri 2,68 manat);
Hindistan – 88,35 ton (3,23 manat);
Türkiyə – 0,87 ton (16,39 manat);
Pakistan – 0,3 ton (12,35 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 0,23 ton (3,84 manat).
Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 5 ayında Azərbaycanda xaricdən idxal olunan sarıkökün bir kiloqramının orta pərakəndə satış qiyməti 32 manat olub.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью