Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 8 ayında Azərbaycana 273,4 milyon dollar dəyərində geyim və geyim ləvazimatları idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə idxal 284,3 milyon dollar təşkil etmişdi. Beləliklə, geyim idxalına çəkilən xərc 10,8 milyon dollar və ya 3,8% azalıb.
Təhlil: Dəyər azalmasına baxmayaraq, geyim və geyim ləvazimatlarının ümumi idxaldakı payı 1,89%-dən 2,39%-ə yüksəlib. Bunun əsas statistik səbəbi ümumi idxalın geyim idxalından daha sürətli azalmasıdır.