Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Gömük Komitəsindən bildirilib ki, kərə yağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon dollar və ya 5,3%, miqdar ifadəsilə isə 3,3 min ton, başqa sözlə 12,5% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 151,6 milyon dollar dəyərində 26,4 min ton kərə yağı idxal edilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 76 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 78 qəpik idi. Bu da illik müqayisədə 1 manat 98 qəpik və ya 20,3% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi idxalın 0,75%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,81% olmuşdu.(fed.az)