Xaricdən mal sifarişi: Nəzərə alınması vacib olan məqamlar

14.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektron ticarətin sürətlə genişlənməsi istehlakçılar üçün alış-veriş imkanlarını artırsa da, saxta məhsulların yayılması problemini də aktuallaşdırır.

İnternet üzərindən sifarişlərin və beynəlxalq bağlama daşımalarının çoxalması qeyri-qanuni məhsulların dövriyyəyə daxil olmasını çətinləşdirən amillərdən birinə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının 2026-cı ildə açıqladığı 2025-ci il Qeyri-qanuni Ticarət Hesabatında elektron ticarətin qanunsuz məhsulların yayılması üçün mühüm kanala çevrildiyi bildirilir.

Hesabata əsasən, 2025-ci ildə 170 ölkənin gömrük administrasiyasından daxil olan məlumatlar əsasında ümumilikdə 163 850 qanun pozuntusu işi təhlil edilib. Bu işlərin təxminən 44,8 faizi elektron ticarətlə əlaqəli olub.

Məlumatda saxta məhsulların və saxta tibbi vasitələrin poçt və bağlama çatdırılması sistemləri vasitəsilə daşınmasının geniş yayıldığı qeyd edilir.

Belə ki, saxta məhsullarla bağlı gömrük işlərinin 68,2 faizi, saxta tibbi məhsullarla bağlı halların isə 65,1 faizi bu çatdırılma kanalları vasitəsilə aşkar edilib.

Sənəddə əqli mülkiyyət hüquqlarının pozulması və sağlamlıq təhlükəsizliyi sahəsində 110 gömrük administrasiyasından 42 026 iş barədə məlumat toplandığı bildirilir.

Bunlardan 35 759-u əqli mülkiyyət hüquqlarının pozulması, 6 267-si isə tibbi məhsullarla bağlı qanun pozuntuları olub.

Bundan başqa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi ilə birgə 2025-ci ildə yayımladığı araşdırmada saxta məhsulların qlobal ticarətinin 2021-ci ildə 467 milyard dollar təşkil etdiyi qiymətləndirilib. Bu məbləğ həmin dövrdə dünya ticarətinin təxminən 2,3 faizinə bərabər olub.

Araşdırmaya görə, saxta məhsullar arasında geyim, ayaqqabı və dəri məmulatları xüsusilə geniş yayılıb. Bu üç məhsul qrupu müsadirə edilən saxta malların 62 faizini təşkil edib.

Ekspertlərin diqqət çəkdiyi əsas məsələlərdən biri saxta məhsulların yalnız istehsalçılara iqtisadi zərər vurmaması, həm də istehlakçıların sağlamlığı və təhlükəsizliyi üçün risk yaratmasıdır.

Xüsusilə keyfiyyəti və mənşəyi təsdiqlənməyən məhsulların onlayn platformalar vasitəsilə satılması istehlakçı hüquqlarının qorunmasını daha da aktuallaşdırır.

Elektron ticarətin genişlənməsiylə yanaşı, saxta məhsulların aşkarlanması, gömrük nəzarətinin gücləndirilməsi və onlayn alış-veriş zamanı istehlakçıların hüquqlarının qorunması beynəlxalq gündəmin mühüm məsələlərindən birinə çevrilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью