Xaricdən məhsul sifariş edənlərə XƏBƏRDARLIQ: 1 iyundan....

03.02.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsi “smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib.

Ölkə.Az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi ilə etmək mümkün olmayacaq.

“2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью