Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ YENİ QAYDA

02.02.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 

Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənlənmiş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində bir dəfə mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün olacaq.


Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью