Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası (səyahət sığortası) üzrə həm sığorta haqlarının toplanmasında, həm də ödənişlərin verilməsində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 7,715 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,907 milyon manat və ya 60.5% çoxdur. Ötən ilin 9 ayında bu göstərici 4,808 milyon manat təşkil etmişdi.
Hesabat dövründə sığorta ödənişlərində də kəskin artım müşahidə olunub. Belə ki, 2026-cı ilin ilk 9 ayında sığorta şirkətləri xaricə səfər edən vətəndaşlara 838 min manat sığorta ödənişi verib. Bu göstərici 2025-ci ilin yanvar-sentyabr aylarındakı 429 min manatlıq ödənişlə müqayisədə 409 min manat və ya 95.3% artım deməkdir. pizza mizza
Cəlalə Cəlalqızı