Xaricə səfər edən vətəndaşların sığortaya marağı artır

10.07.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 204 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 379 min manat və ya 75.6% çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 499 min manat təşkil edib. Bu da illik müqayisədə 322 min manat və ya 2,8 dəfə çoxdur. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında bu növ üzrə yığımların məbləği 1,8 milyon manat, ödənişlərin məbləği isə 177 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью