Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
...Putin gözlənilmədən etiraf etdi ki, tez-tez xaricə səfərlər zamanı özünü heç də həmişə sakit hiss etmir, çünki o, ilk növbədə ölkə daxilindəki vəziyyəti nəzərə almalıdır. Bu bəyanat Kremlin artan narahatlığını göstərə bilər - daxili sui-qəsd təhlükəsindən tutmuş Ukraynanın Rusiya iqtisadiyyatına hücumlarının nəticələrinə qədər...
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyalı jurnalist və rusiyalı ekspert Kir Cayls iNews üçün yazır
...Buna səbəb ABŞ prezidenti Donald Trampın dekabrda keçiriləcək G20 sammitində iştiraka dəvət məsələsi olub. Şençjendəki görüşdən sonra sualları cavablandıran Putin deyib ki, “...əlbəttə, mən ilk növbədə buradakı evdəki vəziyyəti nəzərə almalıyam”.
Sonra əlavə edib ki, “xaricə tez-tez səyahət edəndə özümü tamamilə rahat hiss etmirəm.”
Kremli nə narahat edə bilər?
Cayls iki mümkün izahı nəzərdən keçirir.
…Birincisi, Putinin öz ətrafı və potensial sui-qəsdlə bağlı narahatlıqlarıdır. 2023-cü ildə Vaqner Qrupunun üsyanından sonra Rusiya lideri xüsusilə uzun müddət hakimiyyət mərkəzindən ayrılmaq istəmir. Lakin narahatlıq üçün daha çox ehtimal olunan səbəb Ukrayna zərbələrinin nəticələri ola bilər. Neft infrastrukturuna edilən hücumlar yanacaq çatışmazlığına səbəb olur və kiçik biznes üçün problemlər yaradır. Hətta Rusiya dövlət jurnalistləri də bu əməliyyatlardan dəyən ziyanla bağlı suallar verirlər. Putinin etirafı, guya ölkəsindəki vəziyyətə tam nəzarət edən bir liderin imicinə uyğun gəlmir.
Bu arada, Rusiyada kütləvi etirazlar yatırılıb və təhlükəsizlik qüvvələri narazılıqla mübarizə aparmaq üçün əhəmiyyətli imkanlara malikdir.
Cayls qeyd edir ki, Putinin sözləri Rusiya rejiminin sabitliyini qiymətləndirərkən Ukrayna və onun müttəfiqləri üçün vacib bir siqnal ola bilər.
Əli Babayev