Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni tədris ili başlanmasına bir neçə gün qalır.
Hazırda xarici ölkələrdə əyani ali təhsil alan çağırış yaşlı vətəndaşları düşündürən əsas məqamlardan biri müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsidir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, xarici ölkələrdə əyani təhsil alan çağırış yaşlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsilini davam etdirmələri barədə (təhsil alması haqqında) arayış təqdim etməlidirlər:
“Onlar təhsil müəssisəsi tərəfindən verilmiş və təhsil müəssisəsinin yerləşdiyi ölkənin müvafiq dövlət qurumu tərəfindən apostil olunmuş (və ya Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyi tərəfindən leqallaşdırılmış) təhsilalma barədə arayış (sənədin əsli) Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmalıdır.
Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölməsinə şəxsən özü və ya notarial qaydada müəyyən edilmiş qanuni nümayəndəsi təqdim etməlidir”.
Nigar Abdullayeva
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin