Xarici aviaşirkət Dubaydan Azərbaycana uçuşları niyə dayandırır

16.07.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ölkə turizmi hələ də yaxşı günlərinə qayıtmayıb. Paytaxtın mərkəzində, bölgələrdəki istirahət məkanlarında müşahidə təəssüf doğuran məsələni təsdiqləyir. Turist sayı ciddi şəkildə azalıb. Müharibə təhlükəsinin geridə qalması da işə yaramayıb.

Bizimyol.info xəbər verir ki, ölkə turizmi üçün daha bir arzuolunmaz məlumat “Wizz Air”in Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana uçuşları dayandırmağa hazırlaşmasıdır. Sentyabrın 1-dən Macarıstan aviaşirkətinin təyyarələri ilə BƏƏ-dən ölkəmizə gəlmək mümkün olmayacaq. Amma “Wizz Air” qərarı məhz bizim ölkəyə görə verməyib. Şirkət, ümumiyyətlə, bu bölgədən uzaq dayanmaq istəyir. Bundan sonra uçuşların əksəri Avropada baş tutacaq.

Macarıstan aviaşirkəti biletləri ləğv etməyə başlayıb. Hələlik pulların qaytarılması ilə bağlı problemlər diqqət çəkir. Hətta məbləğin tam geri verilməməsi faktlarını yazanlar var.

“Wizz Air” BƏƏ-dən Azərbaycanın iki şəhərinə uçurdu. Paytaxt Əbu-Dabidən Bakıya və Qəbələyə reyslər baş tuturdu.

Macarıstan şirkəti Azərbaycanla tamamilə vidalaşmır. Bakıdan Romaya və Budapeştə uçuşlar qalır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью