Xarici borc: Azərbaycan dünyada neçənci yerdədir?

28.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

““Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ÜDM-in 5 faizindən bir az artıq olan xarici borcumuzun dünyada ən aşağı borclardan olduğunu bildirdi.

Xarici borcun ÜDM-dəki nisbəti iqtisadi təhlükəsizlik baxımdan əsas meyarlardandır".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, “World Economics”-in statistikasına əsasən, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı üçlükdədir:

"Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir. Xarici borcun ÜDM-dəki payının bir rəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur.
Xarici borcun ÜDM-ə nisbətinin aşağlığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir. ÜDM-ə nisbətdə ən yüksək borc asıllığı Avropada Luksemburq, Malta və Kiprdədir.

ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2.6 dəfə çoxdur".

Deputat qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89.4 milyard milyon dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir:

“Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir”.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью