Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daxili dövlət borcu da 17 milyard 77,5 milyon manat təşkil etməklə 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 582,2 milyon manat və ya 8,5% azalıb. Halbuki, son illər ərzində borclanma üzrə götürülən yeni xəttə görə daxili dövlət borcu durmadan artırdı.
Dövlətin borclanmasında bu cür azalma bilavasitə ölkə başçısının illər öncə hökumətdən tələbinin nəticəsidir. 24 avqust 2018-ci il tarixli 424 nömrəli Sərəncamla "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiqlənmişdi. Sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd olaraq qoyulmuşdu. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması, 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-nin 10%-dən aşağıya endirmək planlaşdırılmışdı.
Həmin vaxtda, yəni strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3% təşkil edirdi. 2023-cü ilin əvvəlində bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6%-ə salınmışdı. Hazırda isə son rəqəmlərə əsasən 6%-in bir qədər üstündə təşkil edir.
2022-ci ilin 30 dekabrında "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edildi. Sənəddə qarşıya yeni hədəflər qoyulub. Əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz saxlanılmaqla, 2022-2025-ci illər üçün dövlət borclanmasının idarəedilməsinə dair yeni çərçivə müəyyən olundu və 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürüldü.
Lakin bütün bunların fonunda narahatlıq doğuran bir məqam var. Bu il xarici dövlət borcu artırılacaq. Ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda duran bir sıra məsələlərlə əlaqədar müvafiq maliyyə tələbləri dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Odur ki, xaricdən borc alışının artırılması tələb olunur. "Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik",- deyə, dövlət başçımız yerli telekanallara müsahibəsində bildirmişdi.
2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici isə 6 milyard manat olacaq. Bu rəqəmlər 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71,4% çox təşkil edir.
Xarici borclanmanın artırılması, əlbəttə problem deyil, burada qeyri-adi heç nə yoxdur. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə desəm, dövlətin aldığı daxili və xarici borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi vardır. Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır. Məsələn, 2026-cı il üzrə dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457,6 milyon manat vəsait ayrılıb. Bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat civarında çoxdur.
Hesablama Palatası "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə də məhz yuxarıda qeyd etdiyim narahatedici məqama toxunmuşdur ki, xaricdən borc alınmasının artırılması planı ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans riski mütləq nəzərə alınmalıdır. Palata qeyd olunan disbalansın borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq, manevr imkanlarını məhdudlaşdıracağı və prioritet xərcləri maliyyələşdirməyə mənfi təsir yarada biləcəyi qənaətindədir.
"2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu" və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal risklər ortaya çıxarır. O səbəbdən ki, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1,5 milyard manat və yaxud 3,9 % artacaq. Odur ki, dövlət borcu məsələsində bundan sonra bəlkə də daha ehtiyatlı olmalıyıq.
Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Dövlətin borclanmasında bu cür azalma bilavasitə ölkə başçısının illər öncə hökumətdən tələbinin nəticəsidir. 24 avqust 2018-ci il tarixli 424 nömrəli Sərəncamla "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiqlənmişdi. Sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd olaraq qoyulmuşdu. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması, 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-nin 10%-dən aşağıya endirmək planlaşdırılmışdı.