Xarici Dairəvi yolda 1 sutkadan çox məhdudiyyət olacaq

10.10.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək tətbiq olunacaq.

Buna səbəb sözügedən yolda aparılacaq təmir işləridir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью