Xarici dili üzrə 1 657 müəllimin əmək müqaviləsinə xitam verilib Emin Əmrullayev

10.07.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Sertifikasiya prosesində Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə əmək müqaviləsinə xitam verilib.

Redaktor.az "Reporta"a istinadən  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, imtahanda xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib:

"Həmin fənn üzrə 1 657 müəllimin əmək müqaviləsinə xitam verilib. Misal olaraq, Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq. Həmin şəxsləri yeni müəllimlərlə əvəz edəcəyik və inanırıq ki, gələcək nəticələr də yaxşı olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью