Xarici diplomatlar Gəncəsər Monastırında GÖRÜNTÜ

12.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunun Vəngli kəndində olublar.

Modern.az xəbər verir ki, diplomatlar erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

Qeyd edək ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Gəncəsər monastırı işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir. Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью