Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar

01.05.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində olublar.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti burada şəhərin tarixi və aparılan bərpa işləri ilə tanış olub.

Bundan başqa, xarici diplomatlar Şuşada dövlət xidməti mərkəzinin işi ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndələri iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью