Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi açıqlandı Ye…
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir. Bu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlər
Yenicag.az Mərkəzi Banka istinadən xəbər verir ki, bunun 7,4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 5,8 m
Məlumata görə, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 10,5% azalaraq 1,6 milyard dollar olub.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,4 milyard dollar olub.
Qeyri neft-qazsektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0,2 milyard dollar) çatıb.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.
Ümumi dəyəri 3,7 milyard dollar olan nəqliyyat xidmətlərinin 61,5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,3 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,4 milyard dollar təşkil edib.
Tam oxu
Xəbəri oxu