Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də respublikamıza gələn d
Bu günlərdə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə keçirdiyi görü
İki ölkə arasında xoş münasibətlər qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür.
Belə ki, artıq üçüncü ildir ki, ardıcıl olaraq Pakistan İslam Respublikasının Baş naziri ölkəmizə səfər edir.
Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri vacib məqamlarla yadda qaldı.
Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verildi.
Bakıda imzalanan yeni sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək.
Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur.