Xarici filmlərin istehsalı ilə bağlı görüş keçirildi

13.06.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Kino Agentliyi ölkə ərazisində xarici filmlərin istehsalının təşviqi məqsədilə aidiyyəti dövlət qurumları və yerli film sənayesi nümayəndələri ilə görüş keçirib.

Kulis.az xəbər verir ki, görüş zamanı Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bu istiqamətin inkişaf etdirilməsinin strateji əhəmiyyətini vurğulayıb.

O, yerli və xarici istehsalçılar üçün yaradılan imkanlar barədə məlumat verib.

Qeyd edək ki, 29 may 2025-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Bu sənədin əsas məqsədi Azərbaycanı beynəlxalq film istehsalı üçün cəlbedici məkana çevirmək və yerli film sənayesinin potensialını artırmaqdır.

Alkoqol qadağası, namus məsələsi... – “Bağ mövsümü”nün gizlinləri Məşhur aktrisa vəfat etdi Məşhur Keniya yazıçısı vəfat edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью