Xarici işlər naziri: Azərbaycan İtaliya Universitetinin yeni kampusu tikiləcək

13.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Növbəti ildə Azərbaycan-İtaliya Universitetinin yeni kampusu tikiləcək və tələbələr yeni binaya köçəcəklər".

Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliya ilə münasibətlərə dair sualı cavablandırarkən deyib.

O bildirib ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir:

"İtaliya ölkəmizin ən böyük ticari tərəfdaşıdır. Biz İtaliya ilə etibarlı tərəfdaşıq".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью