Xarici işlər naziri boşanır

23.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Almaniyanın xarici işlər naziri Annalena Berbok əri, PR menecer Daniel Holeflyayşdan boşanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Onlar “Bir müddət əvvəl, uzun bir prosesdən sonra birlikdə qərar verdik ki, artıq cütlük deyilik”, - deyə bildiriblər.

Lakin onlar 17 illik nikahın pozulmasının səbəblərini açıqlamayıblar. 

Qeyd edək ki, Berbok və Holeflyayşın 9 və 13 yaşlarında iki qızı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью