Xarici işlər naziri Fidan: Biz suriyalıların təhlükəsiz qayıtması üçün çalışacağıq

09.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xarici işlər naziri Hakan Fidan 15-ci səfirlər konfransında çıxış edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fidan, “Suriyanın ərazi bütövlüyünü təmin etmək üçün hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq” deyib.

Nazir Fidan həmçinin “Suriyalıların təhlükəsiz və könüllü şəkildə geri dönmələrini təmin etmək üçün əlimizdən gələni edəcəyik” deyib.

Hamı suriyalıları tərk edəndə Türkiyə onların yanında oldu.

“Çətin günlərdə suriyalı qardaşlarına əl uzatan Türkiyə Dəməşqdə açılan yeni səhifədə onların yanında olacaq”,- deyə o, bildirib.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью