Xarici işlər nazirləri görüşdülər

06.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda Suriyanın xarici işlər naziri Bessam Sabbağ ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Suriyadakı inkişaflar və təhlükəsizlik vəziyyətinin qiymətləndirildiyi yığıncaqda nazir Hüseyn ölkəsinin Suriyadakı prosesləri narahatlıqla izlədiyini bildirib.

Fuad Hüseyn qeyd edib ki, Suriyada baş verənlər regionun sabitliyinə birbaşa təsir edə bilər.

Suriya naziri Sabbağ da baş verənlərin bütün bölgə üçün təhlükə yaratdığını müdafiə edib.

Hüseyn və Sabbağ iki ölkə arasında məsləhətləşmə və koordinasiyanın davam etdirilməsi mövzusunda razılığa gəliblər.

İranın xarici işlər naziri Abbas Erakçi də Bağdada gələcək və iraqlı həmkarı ilə görüşəcək.

İraq, Suriya və İran xarici işlər nazirlərinin Suriyadakı proseslərlə bağlı Bağdadda üçtərəfli görüş keçirəcəyi də gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью