Icma.az, Mia.az saytına istinadən bildirir.
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Mia.az xəbər verir ki, XİN-in rəsmi səhifəsindəki paylaşımda deyilir:
"İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanındakı partlayışda 18 insan ölüb, 800-dən çox yaralı var.